39 yaşlı kişi intihar etdi - KÜRDƏMİRDƏ

2 İyul 2018 15:34 (UTC+04:00)

Kürdəmir sakini intihar edib.

Hadisə bu gün rayonun Xırdapay kəndində baş verib. Kənd sakini, 1979-ci il təvəllüdlü Xalid Samir oğlu İsmayılov özünü yaşadığı evin həyətyanı sahəsində asıb.

X.İsmayılovun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)