Bakıda mənzildən kişi meyiti tapıldı

2 İyul 2018 22:39 (UTC+04:00)

Bakıda mənzildə kişi meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Rəsulzadə Rəşid Akif oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.