Dünya Çempionatında FASİLƏ - 1/4 final bu tarixdən başlanacaq

3 İyul 2018 16:38 (UTC+04:00)

Rusiyanın ev sahibliyi etdiyi Dünya Çempionatında bu gün oynanacaq matçlardan sonra mundiala iki gün ara veriləcək.

Publika.az xəbər verir ki, Sankt-Peterburq və Moskva şəhərlərindəki maçtlardan sonra 1/8 final tamamlanacaq və 6 iyul tarixindən etibarən 1/4 final start götürəcək.

1/4 final Uruqvay Fransa ilə qarşılaşacaq. Matç “Mijnıy Novqorod” Stadionunda, saat 18:00-da başlanacaq.

Hazırda mundial çərçivəsində 19 gündə 54 matç keçirilib.

Dünya Çempionatına davam edən komandaların proqramı belədir:

6 iyul, cümə

18.00 Uruqvay-Fransa (Nijnıy Novqorod)

21.00 Braziliya-Belçika (Kazan Arena)

7 iyul, şənbə

22.00 Rusiya-Xorvatiya (Fisht)

Növbəti cütlük isə bu gün saat 18:00 və 22:00-da keçiriləcək İsveç-İsveçrəvə Kolumbiya-İngiltərə matçlarından sonra bilinəcək.

Zümrüd