Donetskdə şiddətli döyüşlər gedir, terrorçular mühasirəyə alınıb

13 İyun 2014 13:05 (UTC+04:00)

Ukrayna ordusu Donetsk vilayətində həyata keçirdiyi anti-terror əməliyyatlarında terrorçuların 2 tank, 3 BTR və 2 yük atomobilini məhv edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

“İnformasiya müqaviməti" qrupunun operativ məlumatlarına görə, ölkənin şərqində aparılan antiterror əməliyyatlarında son gündə Ukrayna ordusunun 4 hərbçisi həlak olub, 31-i isə yaralanıb”, - hərbi ekspert qeyd edib.

Rusiya ilə sərhəd rayonlarında terrorçular antiterror operativ əməliyyat qrupları tərəfindən mühasirəyə alınıb. Rusiyadan Ukraynaya keçmək istəyən 3 avtomobil karvanı isə ələ keçirilib. Ələ keçirilən yük avtomobillərindən xeyli sayda döyüş sursatları və silah götürülüb.

Ömər Dağlı