Metro bu gün işləməyəcək - RƏSMİ AÇIQLAMA

3 İyul 2018 21:19 (UTC+04:00)

"Qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək".

Bu barədə Publika.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.