Bağdadinin oğlu öldürüldü

4 İyul 2018 09:09 (UTC+04:00)

İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin oğlu Hüdeyfə əl-Bədri Suriyanın Homs şəhərində öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Bildirilir ki, Hüdeyfə əl-Bədri Suriya hökumət qoşunlarının əməliyyatı zamanı məhv edilib. Əməliyyat Homsda yerləşən elektrik enerjisi stansiyası yaxınlığında aparılıb.