İran Hörmüz boğazını bağlaya bilər

5 İyul 2018 08:42 (UTC+04:00)

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) digər ölkələrin neft nəqli üçün Hörmüz boğazından istifadəsinə qadağa qoya bilər.

Publika.az xəbər verir ki, bunu İİKK-in rəis müavini İsmayıl Kövsəri bəyan edib.

“ABŞ İran neftinin ixracına imkan verməsə biz neftin dünya ölkələrinə Hörmüz boğazı vasitəsi ilə çatdırılmasına imkan verməyəcəyik”, deyə İ. Kövsəri bildirib.