6 nəfər Xəzərdə batmaqdan xilas edildi

6 İyul 2018 00:38 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sahilində batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zaqulba-3, Qızılqum, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunub.