Buffon PSJ-də!

6 İyul 2018 22:00 (UTC+04:00)

“Yuventus” klubunun sabiq qapıçısı Canluici Buffon Parisin PSJ klubu ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat verib.

2001-ci ildən “Yuventus”un şərəfini qoruyan C.Buffon bu ilin mayında klubu tərk edib.