Niderland iranlı diplomatları ölkədən göndərdi

7 İyul 2018 08:14 (UTC+04:00)

Niderland iki iranlı diplomatı ölkədən göndərib.

Bu barədə Niderland kəşfiyyatının nümayəndəsi bildirib.

O, qeyd edib: "Biz təsdiq edə bilərik ki, Niderland İran səfiriliyində akreditə olunmuş iki nəfəri ölkədən göndərib".

Nümayəndə əlavə məlumat verməkdən imtina edib. (reprt)