Yük maşını dağdan aşdı: azı 20 ölü

7 İyul 2018 05:52 (UTC+04:00)

Nepalın Mustanq rayonunda ağır yol qəzası baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dağ ərazisində fəhlələri daşıyan yük maşınının sürücüsü idarəetməni itirib və avtomobil 50 metrlik hündürlükdən aşıb.

İlkin məlumata əsasən, 14 kişi və 6 qadın hadisə yerində ölüb, 12 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.