ABŞ əsgərlərinə hücum: ölü və yarlılar var

8 İyul 2018 13:38 (UTC+04:00)

Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, NATO hücum nəticəsində 1 hərbçinin öldüyünü, daha 2 əsgərin yaralandığını açıqlayıb.

Yaralı əsgərlərin vəziyyətinin stabil olduğu bildirilib. Hücumun kim tərəfindən törədildiyi barədə məlumat yoxdur.

Polisin verdiyi məlumatda hücumun Tarin Kot şəhəri yaxınlığındakı hava limanında baş verdiyi vurğulanıb.