Ronaldo 200 milyonluq təklifi rədd etdi

8 İyul 2018 23:48 (UTC+04:00)

"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo 200 milyonluq təklifi rədd edib.

Bu barədə İspaniyanın məşhur "Marka" qəzeti məlumat yayıb. Qəzet Çin klublarından birinin Ronaldoya 2 il üçün 200 milyon maaş təklif etdiyini, futbolçunun isə bu transferə razılıq vermədiyini yazıb.

Qeyd edək ki, Ronaldonun İtaliyanın "Yuventus" klubuna transfer olacağı gözlənilir (Axar.az).