Bu yollardan keçməyin!

9 İyul 2018 18:56 (UTC+04:00)

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Publika.az “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-yə istinadən bu dəqiqələrdə müşahidə olunan sıxlıq və tıxac haqqında qısa məlumatı təqdim edir.

Belə ki, hazırda Akademik Həsən Əliyev küçəsi – “ASAN Xidmət”in qarşısı, Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmə, Tbilisi prospekti - 20 Yanvar istiqaməti, 28 May küçəsi və Zərifə Əliyeva küçəsində nisbətən sıxlıq müşahidə edilir. Eyni zamanda Binəqədi şossesi, Rəşid Behbudov küçəsi, Bakıxanov küçəsi - Türkiyə səfirliyi istiqaməti, Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində nisbətən sıxlıqdır.