"Kapital Bank” 2018-ci ilin II rübünün nəticələrini elan edib

13 İyul 2018 11:02 (UTC+04:00)

“Kapital Bank”ın aktivləri 1 iyul 2018-ci il tarixinə 3,5 mlrd. manat təşkil edib.

Bankdan Publika.az-a verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 1,3 mlrd. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2018-ci il tarixinə 2,8 mlrd. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1,1 mlrd. manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 264 mln. manat çoxdur.

Bankın 1 iyul 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 244,5 mln. manat, nizamnamə kapitalı isə 185,9 mln. manat təşkil edir.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.