​​​​​​​“Türk Hava Yolları”ndan Azərbaycana QARDAŞ JESTİ

14 İyul 2018 11:42 (UTC+04:00)

“Türk Hava Yolları” aviaşirkəti İstanbulda inşa edilən yeni hava limanından ilk ölkədaxili uçuşu Ankaraya, ilk ölkə xaricinə uçuşları isə Azərbaycan və Şimali Kipr Türkiyə Cümhuriyyətinə həyata keçirəcək.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda “Türk Hava Yolları”nın Baş direktoru Bilal Ekşi bildirib.

Şirkətin yeni hava limanına daşınması bu il oktyabrın 31-də saat 02:00-də başlanacaq.

Ömər