10 otaqlı evdə GÜCLÜ YANĞIN

16 İyul 2018 20:50 (UTC+04:00)

Saatlı rayonunda ümumi sahəsi 560 m2 olan ikimərtəbəli 10 otaqlı evdə yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin 1-ci mərtəbəsinin 1 otağında ev əşyaları 45 m2 sahədə qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.10