Putin: “Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə qarşıdır”

17 İyul 2018 05:00 (UTC+04:00)

Rusiya NATO-nun sonrakı genişlənməsinə, Gürcüstan və Ukraynanın ittifaqa girişinə qarşıdır.

Publika.az xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən belə vəziyyətə mənfi yanaşardım, NATO-nun infrastrukturunun sərhədlərimizə irəliləyişi bizim üçün təhlükə olardı. Bizim reaksiyamız fövqəladə mənfi olar”,- Rusiya lideri bildirib.