Dənizdə batan iki nəfər xilas edilib

18 İyul 2018 01:10 (UTC+04:00)

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas olunub.