Trampın istədiyi rahib barəsində QƏRAR VERİLDİ

18 İyul 2018 16:17 (UTC+04:00)

FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib Andrey Kreyk Brunson üçüncü dəfə hakim qarşısına çıxıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 35 il həbs cəzasına məhkum edilməsi istənilən rahibin həbs müddətinin uzaldılmasına qərar verilib.

Daha əvvəl ABŞ-ın prezidenti Donald Tramp Türkiyədən rahibin azad edilməsini istəmişdi.