"Qarabağ" bu tarixdə böyük mübarizəyə başlayacaq

19 İyul 2018 20:08 (UTC+04:00)

Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Publika.az xəbər verir ki, ilk görüş Albaniyada keçiriləcək. Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda oynanılacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.