ABŞ-da silah anbarında partlayış: 3 yaralı

19 İyul 2018 00:44 (UTC+04:00)

ABŞ-ın Pensilvaniya ştatında yerləşən ordu anbarında meydana gələn partlayışda 3 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, partlayan Letterkenny Ordu Anbarının rəsmiləri partlayışda 3 nəfərin yaralandığını bildirib. Şahidlərin sözlərinə görə, yaralılardan ikisi kimyəvi maddələrin alışması nəticəsində xəsarət alıb.