İranda təxminən 5 min kişi arvadının şiddətinə məruz qalıb - İLK DƏFƏ AÇIQLANIR

21 İyul 2018 06:33 (UTC+04:00)

İranda ötən il təxminən 5 min kişi həyat yoldaşlarının şiddətinə məruz qaldıqları iddiası ilə əlaqədar qurumlara müraciət edib.

Publika.az xəbər verir ki, İranda bu statistikanın açıqlanması bir ilkdir.

Məlumatda ötən il ölkədə 4 min 670 kişi həyat yoldaşlarından fiziki və ya psixoloji zorakılıq gördüyünü bildirib.

Keçən il isə bu rəqəm 3 min olub.

Ərlərinin şiddətinə məruz qalan qadınların sayı isə 77 mindən çoxdur.