Rusiyaya işləyən agent şəbəkəsi ifşa edildi

23 İyul 2018 01:34 (UTC+04:00)

Estoniyanın ictimai xadimləri arasında Rusiyanın təsiri altında olan agent şəbəkəsi ifşa edilib.

Publika.az “Delfi” agentliyinə istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici kəşfiyyat departamentinin baş direktoru Mikk Marran ABŞ-ın Kolorado ştatında keçirilən təhlükəsizlik məsələləri üzrə forumda bildirib.

“Biz siyasətçilər, jurnalistlər, diplomatlar və biznesmenlərdən ibarət şəbəkəni müəyyən etdik. Şəbəkəyə Rusiyanın təsiri altında olan agentlər daxil idi”, - kəşfiyyat şefi deyib.

Lakin, Mikk Marran heç bir konkret adı açıqlamayıb.

Daha əvvəl Estoniyanın baş naziri Yuri Ratas NATO-nu Rusiyanın “zərərli fəallığına” qarşı birgə cavaba çağırıb.

Ömər