Rasim Balayevin 70 illiyi ilə bağlı MÖHTƏŞƏM ADDIM

24 İyul 2018 12:46 (UTC+04:00)

AMEA Mərkəzi Elmi Kitabxanası və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqaləsi dörd dilə çevrilib.

Bu barədə Publika.az-a MEK-dən məlumat verilib.

Məlumata görə, Rasim Balayev haqqında AMEA MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən ərəb, fars, gürcü, türk dilli vikipediyalarda məqalələr yaradılıb. Məqalələr gürcü dilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəb dilli və fars dilli vikipediyada tərcüməçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

https://ar.wikipedia.org/wiki/%D8%B1%D8%A7%D8%B3%D9%85_%D8%A8%D8%A7%D9%84%D8%A7%D9%8A%D9%8A%D9%81

https://fa.wikipedia.org/wiki/%D8%B1%D8%A7%D8%B3%DB%8C%D9%85_%D8%A8%D8%A7%D9%84%D8%A7%DB%8C%D9%81

https://ka.wikipedia.org/wiki/%E1%83%A0%E1%83%90%E1%83%A1%E1%83%98%E1%83%9B_%E1%83%91%E1%83%90%E1%83%9A%E1%83%90%E1%83%94%E1%83%95%E1%83%98

https://tr.wikipedia.org/wiki/Rasim_Balayev