İraqın şimalında 15 türk hərbçisi öldürüldü – İDDİA

24 İyul 2018 23:35 (UTC+04:00)

PKK terror təşkilatı Türkiyəylə sərhəd İraqın şimal bölgəsində 15 türk hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu haqda PKK-nın bəyanatına istinadən “Youm7” nəşri bildirib.

“Bizim güclərimiz Ərbildən şimalda, Sidkan rayonunun Lilkan hündürlüyündə Türkiyə ordusunun mövqelərinə hücüm edib. Hücumda 15 türk hərbi qulluqçusu öldürülüb”, - nəşr PKK-nın bəyanatından sitat gətirib.

İnformasiya Türkiyə tərəfindən rəsmən təsdiqlənməyib.

Ömər