Robert Koçaryana rəsmi ittiham irəli sürüldü

26 İyul 2018 22:13 (UTC+04:00)

Ermənistanda 2008-ci il martın 1-də etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb.

Publika.az news.am-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın Xüsusi istintaq xidmətinin mətbuat xidməti bildirib.

Məlumata görə, İrəvan şəhər məhkəməsinə Robert Koçaryan barəsində həbs-qəti imkan tədbirinin seçilməsi haqqında xahiş göndərilib.

Qeyd edək ki, sabiq prezident bu gün şahid qismində dindirilib.

Xatırladaq ki, 2008-ci ildə etiraz aksiyaların dağıdılması nəticəsində 10 nəfər ölmüşdü.

Ömər