1 ay sonra Azərbaycan sərhədində müharibə BAŞLAYIR - Dəhşətin QƏRARI VERİLDİ

27 İyul 2018 14:27 (UTC+04:00)

ABŞ-ın çətin ki, avqustda İranın nüvə infrastrukturuna zərbələr vuracaq.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Hərbi-sənaye komissiyasının ekspert şurasının üzvü Viktor Miraxoviskiy deyib.

Onun sözlərinə görə, belə təhdidlər daim səsləndirilir: “Lakin ABŞ-ın gələn ay bu addımı atmasını tamamilə istisna etmək də olmaz. Amerikalı hərbiçilər bu planı yeni texnologiyaların imkanları ilə işləyirlər. Güman ki, bu zərbələr “Tomaqavk” raketləri ilə həyata keçiriləcək. Əgər siyasi qərar qəbul ediləcəksə, Amerika təyyarələri İranın hava məkanına daxil ola biləcəklər”.

Tramp İranı bombalamağa qərar verdi - Hökumətdəki mənbələrdən DƏQİQ TARİX



Qeyd edək ki, Avstraliya hökumətindəki mənbələr ABC telekanlına ABŞ-ın gələn ay İranın nüvə obyektlərinə zərbələr vurmağa hazırlaşdığını açıqlayıb. Mənbələr deyir ki, Avstraliyanın məxfi xüsusi xidmət orqanları, ehtimal ki, Böyük Britaniyadan olan həmkarlarla birlikdə hədəflərin müəyyən edilməsində ABŞ-a kömək edəcəklər.

Asif