Məscidin həyətində narkotik FACİƏSİ

29 İyul 2018 04:35 (UTC+04:00)

Məscidin həyətində qoluna yüksək dozada narkotik inyeksiya edən şəxs ölü tapılıb.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Altalya şəhərində baş verib. 39 yaşlı Alpay A. məscidin həyətində hərəkətsiz halda tapılıb. Onu görənlər təcili yardıma məlumat verib. Hadisə yerinə gələn təcili yardım əməkdaşları onun inyeksiya yolu ilə yüksək dozada narkotik qəbul etdiyini bildirib.

Meyitin təşrihi üçün ekspertizaya göndərilib.