Şabranda meşə massivində yanğın başladı

28 İyul 2018 23:44 (UTC+04:00)

Şabran rayonu ərazində meşə massivində yanğın başlayıb.

Publika.az APA-ya istinadən verdiyi məlumata görə, yanğın rayonun Zeyvə kəndi ərazisində qeydə alınıb. Ərazi İnzibati Ərazi Vahidliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, əraziyə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üçün işlər davam etdirilir.