Egey dənizində FETÖ-çüləri daşıyan qayıq batdı: 6 ölü - VİDEO

29 İyul 2018 11:18 (UTC+04:00)

Türkiyənin Balıkesir bölgəsinin Ayvalık rayonundan qeyri-qanuni yollarla Yunanıstanın Lesbos adasına getmək istəyən Fetullahçı Terror Təşkilatının üzvlərini daşıyan qayıq batıb.

Publika.az xəbər verir ki, qayıqda olan 16 nəfərdən 6-nın öldüyü bildirlib.