Videoblogerlərə şad xəbər - "Youtube" elan etdi

31 İyul 2018 05:15 (UTC+04:00)

"Youtube" rəsmi olaraq şaquli formatda çəkilən görüntülərin yüklənməsini qəbul edəcək.

Publika.az xəbər verir ki, "YouTube" komandası şaquli formatlı videoların populyarlığı ilə barışmalı olub.

Əvvəlcə şaquli formatlı video dəstəyini mobil proqrama əlavə edən "YouTube" artıq videohostinqin veb versiyasını dəstəkləməyə başlayıb. Hazırda "YouTube"un saytında şaquli formatlı video açdıqda görüntü avtomatik olaraq izlənilən qurğunun ölçülərinə uyğun dəyişir və pleyerin kənarlarında qara zolaqlar olmadan göstərilir.

Xatırladaq ki, yeni pleyer, həmçinin tərəflər nisbəti 16:9 olan videoları yaxşı göstərir: belə ki, pleyerdəki boş sahədən istifadə edilərək şəklin ölçüsü böyüdülür.

Könül