Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq - YENILƏNDI

30 İyul 2018 19:58 (UTC+04:00)

Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək.

Bu barədə APA-ya Mədəniyyət nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi saat 12-dən 14-dək davam edəcək.

Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Publika.az APA-ya istinadən xəbər verir ki, X. Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.