Əli Həsənova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi

31 İyul 2018 18:39 (UTC+04:00)

Prezident İlham Əliyev dövlət qulluqçularına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Həsənov Əli Məhəmmədəli oğlu "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilib.