66 yaşlı qadın intihar etdi - ŞOK TƏFƏRRÜAT

2 Avqust 2018 12:40 (UTC+04:00)

Qusar rayonunda Köhnə Xudat kənd sakini 66 yaşlı qadın - Təranə Hüseynova intihar edib.

Qadının qardaşı Sübhi Hüseynovun Publika.az-a verdiyi məlumata görə, hadisə baş verəndə T.Hüseynova evdə tək olub.

Onun sözlərinə görə, bacısı 10 ildir psixi xəstəlikdən əziyyət çəkir və zaman-zaman intihar edəcəyini dilə gətirib:

“10 il əvvəl ondan zəhər zob aşkarlandı. Ondan sonra tədricən bacımın əsəbləri pozulmağa başladı. Bir müddət Qubada psixi xəstəxanada müalicə olundu. Sonra da müalicəsi evdə davam etdirildi, lazımi iynələr vurulurdu. Amma o tez-tez bədəninin ağrıdığını, intihar etmək istədiyini deyirdi. Gah dərman içəcəyini, gah da özünü hardansa atacağını deyirdi. Ancaq biz onun belə bir addım atacağına inanmırdıq. Dünən bizə gəlmişdi. Həyətə girdi, bir az ətrafa baxdı, evə girmədən çıxıb getdi. Bacımın üç uşağı var, hamısı ailə qurub. O, yoldaşı ilə tək yaşayırdı. Bu gün səhər saatlarında yoldaşı bazara getmək üçün evdən çıxıb. O, evdən çıxan kimi özünü həyətdəki hovuza ataraq intihar edib. Yoldaşı qayıdanda onu evdə görməyib, axtarandan sonra meyiti hovuzdan tapılıb”.

Gülxar