Demet Akalının təyyarəsində bomba həyəcanı - Təyyarədən çıxarıldı - VİDEO

5 Avqust 2018 13:02 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Demet Akalın konsert üçün Muğla vilayətinin Bodrum bölgəsinə gedərkən qorxu dolu anlar yaşayıb.

Publika.az xəbər verir ki, müğənninin mindiyi təyyarədə bir sərnişin çantasında bomba olduğunu deyib.

Müğənni isə həmin anları videoya çəkərək sosial media hesabından izləyiciləri ilə paylaşıb. Bomba daşıdığını iddia edən sərnişinin həkim olduğunu bildirən müğənni daha sonra həmin adamın polislərlə zarafatlaşdığını açıqlayıb.

Sərnişinin zarafatını əfv etməyən polislər isə onu təyyarədən düşürüblər. Məşhur müğənninin içində olduğu təyyarə də problemsiz şəkildə uçuş edib.

Zümrüd