"Qarabağ" "Borisov Arena"da məşqə çıxmaqdan imtina etdi

13 Avqust 2018 23:19 (UTC+04:00)

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində BATE ilə qarşılaşacağı "Borisov Arena"da matçdan əvvəl məşqə çıxmaqdan imtina edib.

Publika.az xəbər verir ki, Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Borisova getməyərək, Minskdəki "Olimpiyski" stadionunda məşq edib.

Qeyd edək ki, BATE - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.