Ukraynada yenidən seçkilər keçiriləcək

17 İyun 2014 14:08 (UTC+04:00)

Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya növbədənkənar seçkilərin keçirilməsi barədə parlament fraksiyalarının təşəbbüsünü dəstəkləyib.

Ukrayna prezidenti həmçinin hakimiyyətin demərkəzləşdirməsi haqqında ölkə Konstitusiyasına dəyişikliklərə tərəfdar olduğunu bildirib.

Xatırladaq ki, Poroşenko Ali Radaya növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini bundan əvvəl də dilə gətirib. O, andiçmə mərasimində etdiyi çıxışında hazırkı parlamentdə təmsil olunan siyasi güclərə əhalinin tam dəstəyinin olmadığını bildirmişdi.

Ömər Dağlı