315 terrorçu öldürüldü

17 İyun 2014 17:46 (UTC+04:00)

İraq Dövlət Televiziyası Bakubada 315 nəfər İŞİD terroçusunun öldürüldüyünü elan edib.

Publika.az xəbər verir ki, ölkə silahlı qüvvələrinin Dəclə əməliyyatlar komandiri, general Abduləmir Əl-Zeydi İraq Dövlət Televiziyasına açıqlama verib. General 24 saat ərzində baş verən toqquşmalarda 315 nəfər İŞİD (İraq Şam İslam Dövləti) yaraqlısının öldürüldüyünü qeyd edib.

Əl-Zeydi bildirib ki, Bakuba bölgəsinin Əl-Masrak, Əl-Qatun və Əl-Muallim bölgələrinə İŞİD terrorçuları tərəfindən hücumlar təşkil olunub. Əl-Zeydi həmçinin hücumlara İraq əsgərinin cavab verdiyini və 315 nəfər İŞİD yaraqlısının öldürüldüyünü açıqlayıb.

Vüsal Tağı