Paşinyanın məsləhətçisi istefa verdi

26 Avqust 2018 07:09 (UTC+04:00)

Ermənistanın baş naziri Nikola Paşinyanın məsləhətçisi Arsen Xaratyan istefa verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Xaratyanın özü bu haqda feysbuk səhifəsində yazıb.

O, qərarını ailə vəziyyəti ilə izah edib. 2018-ci ilin iyununda baş nazirin məsləhətçisi postuna təyin edilən Xaratyanın sözlərinə görə, ailəsi hazırda Tiflisdədir və müəyyən səbəblərə görə, 2019-cu il ilə qədər orada qalacaq.

“Öz ailəmin yanında olmaq və ötən dövrü dərindən təhlil etmək lazımdır”, - o qeyd edib.