Bu rayonlara yeni polis rəisləri təyin olundu

29 Avqust 2018 16:15 (UTC+04:00)

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 3 rayona yeni polis rəisi təyin edilib.

Polis polkovniki Ayaz Cəfərov Lerik Rayon Polis Şöbəsinə rəis təyin edilib. A.Cəfərov bir neçə ay əvvəl İmişli Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılmışdı.

Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi təyin olunub. (report)