Məşhur müğənni atasının ölüm xəbərini səhnədə öyrəndi

31 Avqust 2018 17:45 (UTC+04:00)

Göhkan Özen atasının ölüm xəbərini səhnədə öyrənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni dünən Türkiyənin Zəfər Bayramı münasibəti ilə təşkil edilən konsertdə iştirak edib. İfaçı atası Osman Nuri Özenin ölüm xəbərini səhnə çıxışı bitdikdən sonra öyrənib. O, konsertdən birbaşa Ankaraya yola düşüb.

78 yaşında beyinə qan sızması nəticəsində həyatını itirən Osman Nuri Özen bu gün cümə namazından sonra dəfn edilib.