ATƏT-in baş katibi Azərbaycanda səfərdədir

12 Sentyabr 2018 09:47 (UTC+04:00)

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycanda səfərdədir.

Publika.az xəbər verir ki, bu gün Baş katibin bir sıra rəsmi görüşləri nəzərdə tutulur.

Baş katib Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.

T.Qreminger həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.