Şirvan sakini qonşusu tərəfindən bıçaqlandı

14 Sentyabr 2018 03:58 (UTC+04:00)

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

"Report"-un məlumatına görə, Şirvan sakini, 1988-ci il təvəllüdlü Dadaşov Surxay Seyudağa oğlu qonşusu tərəfindən bıçaqlanıb. S.Dadaşov arxa tərəfdən və qoltuğunun altından kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdilib.

Məlumata görə, qonşular arasında münaqişəyə torpaq mübahisəsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.