Azərbaycan İsraildən hansı silahları alıb? - Sinitsin açıqladı

18 Sentyabr 2018 08:43 (UTC+04:00)

İsrail dünya silah bazarında Azərbaycanın birinci tərəfdaşıdır. Azərbaycan İsraildən daha çox silah almağı planlaşdırır. İki ölkənin Bakıda birgə istehsal etdikləri Pilotsuz Uçan Aparatlar (PUA) buna nümunədir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Amerika-Azərbaycan Fondunun baş mütəxssisi Aleksey Sinitsin deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan İsraildən müxtəlif silahlar əldə edib: “Bura yanğınsöndürmə vasitələri, döyüş aviasiyası, hava hücumundan müdafiə kompleksləri daxildir.

Düşünürəm ki, Azərbaycan ordusu elektron avadanlıqlar, kəşfiyyat, müşahidə, kommunikasiya - ümumilikdə yüksək texnologiyalı hərbi vasitələrlə gücləndirməkdə maraqlıdır”.