Turqut Özal sui-qəsd cəhdindən saniyələr sonra… - İlk dəfə GÖRƏCƏYİNİZ 30 İL ƏVVƏLKİ FOTO

21 Sentyabr 2018 17:16 (UTC+04:00)

Türkiyənin 8-ci prezidenti Turqut Özala qarşı 1988-ci ildə edilən (həmin vaxt baş nazir idi – red.) sui-qəsd cəhdindən sonrakı ilk saniyələrdə çəkilən görüntü ortaya çıxıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, foto Turqut Özal və həyat yoldaşı Səmra Özal sui-qəsd cəhdindən saniyələr sonra təhlükəsizlik dəhlizində əyləşərkən çəkilib.

Qeyd edək ki, Turqut Özal 18 iyun 1988-ci ildə Ankara Atatürk İdman Salonunda Ana Vətən Partiyasının 2-ci Konqresinin təşkil edildiyi zaman Qartal Dəmirdağ adlı bir şəxs tərəfindən edilən sui-qəsddən yaralı olaraq xilas oldu. Özala 12 metr məsafədən saat 12:15-də iki dəfə atəş açan Dəmirdağ Turqut Özalı sağ əlindən yaralayır.

Hücumdan sonra ətrafa atəş açan mühafizəçilər isə 18 nəfərin yaralanmasına səbəb olur. Nazir İmren Aykut da yaralananlar arasında idi.