Ərdoğan F-16-larla birgə hava limanına gəldi - FOTO/VİDEO

22 Sentyabr 2018 16:13 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan TEKNOFEST festivalında iştirak etmək üçün İstanbul yeni Hava Limanına gəlib.

Publika.az
xəbər verir ki, diqqət çəkən məqam Ərdoğanın pilot paltarı ilə gəlişi olub.

Türkiyə prezidentini F-16-la müşaiyət ediblər. Ərdoğanla birlikdə festivala gələn müdafiə naziri Hulisi Akar da pilot paltarında olub.

Asif