Türkiyə prezidenti Nyu-Yorkda

24 Sentyabr 2018 07:26 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka 4 günlük səfərə gəlib.

Publika.az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Con Kenedi adına beynəlxalq hava limanında Rəcəb Tayyib Ərdoğanı və onun xanımı Əminə Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ferudin Siniroğlu, Türkiyənin ABŞ-dakı safiri Serdar Kılıç və Nyu-Yorkdakı baş konsul Ertan Yalçın qarşılayıblar.

Nyu-Yorka səfər zamanı Türkiyə prezidentini xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, sənaye və texnologiyalar naziri Mustafa Varank, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Rusxar Pekcan, səhiyyə naziri Fahrettin Koca, prezidentin mətbuat katibi İbrahim Kalın və digərləri müşaiyət edirlər.