Bakıda dəmir yolu stansiyasında DƏHŞƏT: Sürücü yükün altında can verdi

26 Sentyabr 2018 10:40 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Nərimanov rayonu ərazisində - Keşlə dəmir yolu yük stansiyasında anbardan “Qazel” markalı yük maşınına taxta materiallar yüklənərkən ehtiyatsızlıqdan qəza baş verib. Belə ki, yüklənən ağır materiallar birdən-birə sürüşərək kənarda dayanmış sürücü, 1959-cu il təvəllüdlü Sadıqov Xıdır İdris oğlunun üstünə düşüb.

Xeyli çəkisi olan yükün altında qalan sürücü hadisə yerində vəfat edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Nizam Rza