Türkiyə qış vaxtına keçməkdən imtina etdi

2 Oktyabr 2018 09:40 (UTC+04:00)

Türkiyədə gün işığından daha çox faydalanmaq məqsədilə ölkə ərazisində tətbiq edilən mövcud yay vaxtının il boyu davam etdirilməsinə qərar verilib.

Publika.az Türk mediasına istinadən xəbər verir ki, ölkə başçısının qərarı ilə qanunda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, qış rejiminə keçməkdən imtina edilərək, mövcud saat rejiminin (bütün il yay saatı, GMT+3) hər il, il boyu davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, Azərbaycanda qış vaxtına keçid 2016-cı ildə ləğv edilib.

Könül